Texnologiya şirkəti Apple-ın koronavirusa görə Çində fəaliyyətini dayandırdığı 42 mağazasından 29-u yenidən açıldı.
Milli.Az ted.az-a istinadən bildirir ki, Apple-ın saytında yayılan açıqlamada, mağazaların əksəriyyətində məhdud iş saatları ilə xidmət göstərildiyi bildirilib.
Şirkət tərəfindən bildirilib ki, virus 2020-ci ilin ilk rüb gəlirlərinə ciddi təsir edəcək.
Milli.Az