Trampla xanımına 2018-ci ildə verilən bahalı hədiyyələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Federal Reyestr xidməti 2018-ci ildə federal orqan əməkdaşlarının xarici hökumət rəhbərlərindən aldığı hədiyyələrin siyahısını dərc edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda ABŞ Prezidenti Donald Trampla xanımı Melaniya Trampın da adı var.
Sənədə əsasən, amerikalı lider Rusiya Prezidenti Vladimir Putindən Rusiyada keçirilən Futbol üzrə Dünya Kubokuna həsr olunmuş, 1500 dollar dəyərində 12 gümüş pul sikkəsi hədiyyə alıb.
Fransa Prezidenti Emmanuel Makron isə Trampa dəyəri 8 min dollardan çox olan "Louis Vuitton" çantası bağışlayıb.
Kanadanın Baş Naziri Castin Tryudo ABŞ prezidentinə 470 dollarlıq beluqa balinasının təsvir olunduğu mərmər heykəl hədiyyə edib.
Trampların aldığı ən bahalı hədiyyənin dəyəri isə 23,5 min dollarlıq 6 ədəd Nimfenburq çini boşqablarıdır. Bu hədiyyəni Melaniya Trampa Qətər əmiri Tamim ben Hamad Əli Taniu bağışlayıb.
Bundan başqa, Fransanın birinci xanımı Bricit Makron Melaniya Trampa 850 dollarlıq "Givenchy"dən klaç, Misir Prezidenti Əbdül Fəttah əs-Sisidən "Shosha Kamal" dizayn evindən 10 min dollarlıq kreslo, Livanın ABŞ-dakı səfiri Qabriel İssa 450 dollarlıq tunik hədiyyə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
Türkiyə Fransaya qarşı
XƏBƏR LENTİ
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü





