Misirin Natrun Vadisi monastırının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi barədə müraciət edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misir qədim mədəniyyət abidələrindən daha birinin - Natrun Vadisi monastırının UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi ilə bağlı müraciət edib. Bundan əvvəl ölkənin yeddi tarixi-mədəniyyət abidəsi bu siyahıya salınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, monastırın aid olduğu İsgəndəriyyənin Əbu Mena məskəni 1979-cu ildə Dünya İrsi Siyahısına daxil edilib. Bu müqəddəs xristian şəhəri eramızın 296-cı ilində vəfat etmiş Müqəddəs Menanın sərdabası ətrafında salınıb.
Həmin ildə Tebes və Memfis nekropolları, Əbu Simbeldəki Nubian heykəlləri, Qahirənin tarixi hissəsi, Müqəddəs Katerin monastırı, Cənubi Sinaydakı İbrahim dağı da siyahıya salınıb. Bundan başqa, Fəyyumda yerləşən və balinaların qalıqlarının olduğu Balina Vadisi də təbiət abidəsi kimi UNESCO-nun siyahısındadır.
Misirin Mədəniyyət və Turizm Nazirliyi artıq zəruri prosedurlara başlayıb. Qeyd olunub ki, Vatikan 2018-ci ildə Natrun Vadisini müqəddəs ziyarət məkanı kimi tanıyıb. Belə ki, Kral Herodun təqibindən qaçan Müqəddəs Ailənin məhz burada sığınacaq tapdığı bildirilir.
Sözügedən monastır Misirin UNESCO-nun Dünya İrsi Siyahısında ilk xristian abidəsi olacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





