Maraqlı

180 günlük dünya səyahəti çərçivəsində Fərid Novruzi Ekvador və Peruya səfər edib - FOTO

24 Fevral 2020 18:01
0 Şərh     Baxış: 3 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 30-da azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi 180 gün davam edəcək və heç bir hava nəqliyyatından istifadə olunmadan həyata keçiriləcək dünya səyahətinə çıxmışdır.

Milli.Az xəbər verir ki, dünya səyahətinə çıxmış ilk azərbaycanlı olan Fərid Novruzi səyahətinə Kolumbiyadan başlamışdır. 180 günlük səyahət elə sona çatacağı Boqotadan start götürmüşdür. Səyahətin necə başlandığı haqqında daha ətraflı burada oxuya bilərsiniz. (https://az.trend.az/azerbaijan/interestingly/3190772.html)

Fərid Novruzinin səyahətində növbəti dayanacaq Ekvadorun Quayakil şəhəri olmuşdur. Əvvəlcədən gəzinti turu sifariş etməyi unutduğundan səyyah şəhərlə taksi sürücüsünün köməyilə tanış olmuş və sürücü Ekvadorun iqtisadi paytaxtında bir növ onun bələdçisi olmuşdur: "Bu ekskursiyadan ərsəyə gələnlərə şəkillərdə baxa bilərsiniz. Yaxşı kadr axtarışında Riodakı "favela"lara bənzər xarabalıqlara da baş çəkdim, ancaq hər şey xoş sonluqla bitdi".

"Ekvadorun valyutası Amerika dollarıdır, buna görə də valyuta məzənnəsi barədə düşünməyə ehtiyac yoxdur. Qiymətlər elə Bakıdakı kimidir" - deyə F.Novruzi bildirir. Ekvador mətbəxinin zəngin olmadığını vurğulayan səyyah burada "KFC" restoranlar şəbəkəsinin populyar olduğunu qeyd edir. 180 günlük səyahətində ikinci ölkə olmuş Ekvador haqqında növbəti keçiddə ətraflı oxuya bilərsiniz.

Azərbaycanlı səyyah Ekvadordan onu ağlasığmaz dərəcədə gözəl gün batımı ilə qarşılamış Perunun paytaxtı Limaya üz tutmuşdur. 30 saata vardığı Limaya F.Novruzi ikinci gəlişi idi və o, qalmaq üçün yenidən Miraflores rayonunu seçmişdir. Uzun yoldan sonra yorğun olmasına baxmayaraq səyyah qürübun aşağıda təqdim olunan ecazkar fotolarını çəkmişdir.

Peruya səfəri zamanı F.Novruzi yolunu Parakas milli qoruğunun yaxınlığında yerləşən və onu öz ifadəolunmaz gözəlliyi ilə təəccübləndirmiş Baliestas adalarından salmışdır. "Bu adalar milyonlarla quşların, eləcədə Quanay quşu kimi endemik quşların məskənidir. Burada Humbolt pinkvilərini belə gördüm. Bu qədər quşun hamısının səs-küyü hələdə qulaqlarımdadır".

Baliestas adaları haqqında daha ətraflı burada oxuya bilərsiniz.

Səyahət çərçivəsində növbəti dayanacaq səyyahın rəsmlərdən tanıdığı, öz gözləri ilə gördükdən sonra isə  Allahın möcüzəsi adlandırdığı Uakazina vahəsi (oazisi) olmuşdur. Vahə ilə bağlı romantik hekayəni burada oxuya bilərsiniz. Bu yeri "vahələrin vahəsi", burada keçirmiş olduğu günü isə yalnız səyahətinin deyil, həm də həyatının unudulmaz günlərindən biri adlandıran Fərid Novruzi qeyd edir ki, indiyə qədər Uakaçinadan daha unikal heç nə görməmişdir.

Vahənin dron vasitəsilə çəkilmiş video görüntüsü ilə bu keçiddə tanış ola bilərsiniz.

Uakaçina vahəsindən sonra F.Novruzi Perunun paytaxtı Limanı dolaşmışdır. Gəzinti haqqında  burada ətraflı məlumat ala bilərsiniz. Azərbaycanlı səyyah Limanı çoxsimalı şəhər adlandıraraq, həyatı boyunca olduğu yerlər arasında məhz burada varlılar və yoxsullar arasındakı fərqin daha çox hiss olunduğunu vurğulamışdır.

Daha sonra F.Novruzi Limadan gəmi ilə yola düşmüşdür. Gəmi haqqında danışarkən səyyah vurğulamışdır ki, layner Perudan fevral ayı ərzində cəmi bir dəfə yola çıxdığından buraya geciksə səyahəti yarım qalmış olacaqdı. "Hər şeyi elə planlaşdırdım ki, gəminin yola düşməsinə bi gün qalmış bütün prosedurlarımı bitirim. Allaha şükür ki, hər şey plan üzrə getdi. Allahın köməyi ilə doğru planlaşdırma səyahət zamanı uğurun təminatıdır".

Fərid Novruzinin səyahəti davam edir və o,  mütəmadi olaraq səyahəti haqqında rəngarəng şəkillər və təəssüratlarını yalnız "Instagram" və "Facebook" sosial şəbəkələrindəki hesablarında deyil, eyni zamanda "Youtube" videohostinqindəki rəsmi kanalında bölüşür. 180 günlük səyahətdən xəbərdar olmaq üçün bu hesablara abunə olmağınızı tövsiyə edirik.

https://www.youtube.com/watch?v=5uM7hjzew_g

https://youtu.be/_gwXBpQ63-g

6 aylıq dünya səyahəti çərçivəsində səyyah dünyanın 6 guşəsinə - Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika,  Avstraliya və Okeaniyaya səfər edəcəkdir.

Mövcud beynəlxalq qaydalara əsasən heç bir hava nəqliyyatından istifadə etmədən bütün meridianlardan keçməklə, minimum 40 000 km məsafənin qət olunduğu səfər dünya səyahəti hesab olunur. Şərtlərdən biri mütləq qaydada səfər müddətində dünyanın iki antonoqonist guşəsində olmaq və ekvatoru minimum iki dəfə keçmək, eləcə də hər bir qitədə təyyarədən istifadə etmədən 1000 km-ə qədər məsafənin avtobus, qatar, avtomobillə, piyada qət edilməsidir.

Bir daha xüsusi vurğulamaq istərdik ki, məhz Fərid Novruzi belə bir səyahəti həyata keçirmiş ilk azərbaycanlı olacaqdır. Əminik ki, bu ecazkar nümunədən bəhrələnən bir çox insanlar onun kimi öz arzusunun arxasıyca gedərək yeni ölkələr və onların zəngin mədəniyyəti ilə tanışlığa yollanacaqdır.

Dünya səyahətinin əsas tərəfdaşları olaraq, "MyBrands.az", "Pasha Bank",  "Azercell", "Mercedes Benz", digər tərəfdaşlar qismində "Triponline""Az Insurance" çıxış edir. Layihə "Vizam.az" şirkətinin və Azərbaycan diasporunun dəstəyi ilə həyata keçirilir.

Məlumat dəstəyi "Day.az", "Trend.az""Milli.az" tərəfindən təqdim olunur.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.