Maraqlı

iOS 14-də yeni Multitasking menyusu olacaq

27 Fevral 2020 08:41
0 Şərh     Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

iOS, Apple ekosisteminin ən dəyərli parçasıdır. Hər il keçirilən Apple konfransı olan WWDC 2020 tədbirində iOS əməliyyat sisteminin yeni versiyası iOS 14 təqdim olunacaq. Konfransa az qaldığını nəzərə alsaq, artıq iOS 14 ilə bağlı xəbərlər çıxmaya başlayıb.

Ben Geskin tərəfindən paylaşılan şəkilə əsasən iOS 14 yeni multitasking (çoxsaylı iş pəncərəsi) menyusuna malik olacaq.

Bildiyiniz kimi Apple iPad-lər ilə iPhone-ların əməliyyat sistemini ayırmışdı. Bu səbəbdən artıq iPad-ə xüsusi iOS versiyası göndərilirdi və ona əsasən funksiyalar hazırlanırdı. Beləliklə iPad cihazlarında iPhone-lardan fərqli funksiyalar olmağa başladı. Bunlardan biri də Multitasking menyusu idi. iPad-lərdə istifadəyə verilən bu funksiya sızdırılan şəkillərə görə iOS 14 ilə iPhone smartfonlarına da gələcək.

Ben Geskin bu iddiaları təsdiq etmək üçün iPhone 11 Pro Max-da çəkilmiş video da paylaşdı. Həmçinin qeyd olunur ki, bu video və funksiya hansısa jailbreak edilmiş sistemə də aid deyil. Qısaca yeni multitasking menyusu əla görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory