Maraqlı

Çindən gələn bu görüntülər dünyanı şoka saldı - FOTO

24 Fevral 2020 21:47
8 Şərh     Baxış: 4 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni tip ölümcül koronavirusla mübarizə aparan Çində dünyanın diqqətini çəkən görüntülər çəkilib.

Milli.Az xəbər verir ki, ölümcül virusun yayılmasının qarşısını almaq üçün fövqəladə dərəcədə təşəbbüslər göstərilir.

AFP xəbər agentliyinin yayımladığı görüntülərdə qoruyucu maskalar taxan polis məmurlarının müşayiəti ilə bir qrup tibb işçisi Çinin Altay bölgəsində yaşayan insanları koronavirus barədə məlumatlandırmaq üçün yola çıxıb. Onlar at belində uzun məsafə qət edərək qalın qar örütüyünə baxmayaraq, ucqar məkanlarda yaşayanları xəbərdar etmək missiyasını öz üzərilərinə götürüb.

Qeyd edək ki, koronavirus Çində 2 min 120 nəfərin həyatına son qoyub. 75 minə yaxın insan virusdan əziyyət çəkir. Çin Tibb Elmləri Akademiyasının sədri Vanq Çen ölüm və yoluxma sayının son günlərdə azalmasına rəğmən, "Covid-19" adlı bu virusun xroniki ola bilcəyini deyib.

O bildirib ki, yeni tip koronavirus qrip kimi insanlarla birlikdə yaşamına davam edə bilər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.