"Hazırda Samsung-un ən diqqətçəkici telefonu Galaxy Z Flip-dir" desək, yanılmarıq. Ancaq ekran texnologiyası mütəxəssisləri fərqli düşünürlər.
Milli.Az ted.az-a istinadən bildirir ki, mütəxəssislər Galaxy S20 Ultra telefonuna şirkət rəsmilərini qürurlandıracaq bir bal veriblər.
Bir qayda olaraq cihazlardakı ekranları xüsusi diqqətlə təhlil edən DisplayMate saytı Galaxy S20 Ultra-ya "Ən yaxşı "ağıllı" telefon ekranı" mükafatı verib.
Saytın mütəxəssislərinin gəldiyi nəticəyə görə, telefonun ekranı parlaqlıqdan tutmuş rəng keyfiyyətinə qədər 12 fərqli rekordu ya təkrarlayıb, ya da qırıb.
Bildirilib ki, telefon çox yüksək kalibrləmə bacarığına və "qüsursuzdan ayırd edilməyəcək qədər dəqiq vizual performansa" sahibdir. Xüsusilə ikinci ifadənin Galaxy S20 Ultra üçün xüsusi bir tərif olduğu ortadadır.
Milli.Az