Maraqlı

Dünyanın ilk qatlanan ayaqlı masası MOFT Z

22 Fevral 2020 23:35
0 Şərh     Baxış: 2 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi insanlar, özlərinə çox daha sağlam bir iş mühiti yaratmaq məqsədi ilə ayaq üstə işləyə biləcəkləri masaları seçsə də, çox sıx səyahət edən və davamlı mobil halda olanlar, bu imkandan faydalana bilmir.

Üstəlik uzun müddət hərəkətsiz halda kompyuter arxasında işləmək, kürək və bel ağrısı, gözlərdə quruluq və bir çox sağlamlıq probleminə səbəb olur. Bu problemə bir həll tapmaq istəyən MOF adlı bir startap şirkəti, dünyanın ilk portativ ayaqlı masası - MOFT Z modelini tanıtdı.

Hərəkət halında işləyənlər üçün hazırlanan masa, maksimum 10 düym yüksəkliyi ilə, az qala hər kəs üçün mükəmməl bir ayaqüstü iş mühiti təmin edir.

MOFT Z istifadəçinin ehtiyaclarına uyğun 25, 45 və 60 dərəcədə, üç fərqli formada nizamlana bilir.

MOFT Z modelinin əsas dizayn xüsusiyyətlərindən biri də daşına bilən olmasıdır. Kickstarter kompaniyasının hissəsi olaraq hazırlanmış MOFT Z, 49 dollara satışa çıxdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.