Maraqlı

Karantin altındakı şəxslərə 2000 iPhone paylandı – SƏBƏB

20 Fevral 2020 08:35
0 Şərh     Baxış: 2 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Yokohama limanında koronavirusa görə karantinə alınan "Diamond Princess" gəmisindəki sərnişinlərə iPhone telefonları paylanıb.
Milli.Az chip.az-a istinadən bildirir ki, sərnişinlər arasında bu günə qədər 174 koronavirus yoluxması qeydə alınıb.

Hazırda karantinin davam etdiyi gəmidə sərnişinlərə 2000 iPhone paylanılıb. Rəsmilər məsələyə aydınlıq gətirərək bildiriblər ki, Yaponiya Sağlamlıq, Əmək və Sosial Təhlükəsizlik Nazirliyində xəstələrin həkimlə əlaqə saxlamasını təmin edən tətbiq yaradılıb. Paylanan iPhone-lar isə sözügedən tətbiq yüklənmiş halda sərnişinlərə təqdim edilib.

Mütəxəssislər bunun tibbi tövsiyələr üçün həkimlərlə əlaqə yaratmağın ən yaxşı yolu olduğuna qərar veriblər.

Məlumat üçün qeyd edək ki, gəmidəki karantin müddəti fevralın 19-na qədər davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.