Maraqlı

Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq

15 Fevral 2020 13:34
0 Şərh     Baxış: 1 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada İkinci Dünya Müharibəsinin iştirakçısı, azərbaycanlı Məmməd Cəbrayılova xatirə lövhəsi qoyulacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Regnum.ru Voronej şəhər administrasiyasının mətbuat xidmətinə əsasən məlumat yayıb.

Bildirilir ki, lövhənin M.Cəbrayılovun Voronejdə yaşadığı evin qarşısında qoyulması planlaşdırılır.

Bu barədə qərar millətlərarası və dinlərarası münasibətlər üzrə koordinasiya şurasında qəbul edilib.

Lövhənin yerləşdirilməsi ilə bağlı Voronejdəki Azərbaycan diasporu da köməyini təklif edib.

Yaxın günlərdə məsələyə mədəni irs üzrə şəhər komissiyasının iclasında baxılacaq. Təklif dəstək alsa, Qələbə Gününün 75 illiyi ərəfəsində lövhənin açılması planlaşdırılır.

Xatırladaq ki, Məmməd Cəbrayılova 2018-ci ilin sentyabrında "Voronejin fəxri vətəndaşı" adı verilib. O, 2019-cu ildə - 101 yaşında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.