Yəvmul-təğabun hansı gündür?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər).
Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!". ("Təğabun" 9).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə adı çəkilən təğabun günü - Qiyamət günüdür. Belə ki, məhz Qiyamət günündə insanların hansı dəstəyə aid olduqları aşkar və kəşf olacaqdır. Adətən məğbun o kəsə deyilir ki, etdiyi ticarətdə ziyana uğrayar. Qiyamət günü də elə gündür ki, orada ticarət edən insanların ziyana uğradıqları üzə çıxacaqdır. İnsanlar biləcəklər ki, dünyanın az nemətinə görə axirətlərindən bəhrəsiz qalıblar və ziyana uğrayıblar.
Kafirlər, münafiqlər və müşriklər bu dəstəyə aiddir.
Yəvmul-təğabun o gündür ki, cənnət əhli cəhənnəm əhlini ziyana salacaqlar. İmam Sadiq (ə) buyurur ki, cənnət əhli behiştdə bir məkana malik olacaqlar ki, cəhənnəm əhli üçün nəzərdə tutulmuşdur. Əgər müsəlman olsalar ki, heç, əgər olmasalar - behişt əhli ora daxil olar və onları əbədi ziyana salarlar.
Başqa sözlə desək, Qiyamət günü bəzi insanlar, bəziləri tərəfindən ziyana uğrayacaqlar. Yuxarıdakı ayə demək istəyir ki, o zaman ki, Allah insanları Qiyamətdə toplayacaqdır, hər bir kəsin ziyanı üzə çıxacaqdır. Dünyada etdikləri əməlin nəticəsini görəcəklər. Kafirlər dünyaya bağlandıqları və axirətdən bəhrə aparmadıqlarına görə ən çox ziyan görmüş insanlar olacaqlar.
Məhz Qiyamət günü məğbunların kim olduğu aşkar olacaqdır. Yəni, insanlar bilərəkdən etdikləri günahın ziyanını görəcək və onu hiss edəcəklər. Bu zaman təəssüflənəcəklər ki, kafir olub və axirətdən qafil olublar. Hətta yoxsullar belə təəssüf edəcəklər ki, ey kaş, dünyada olan zaman insanlardan sədəqə almaz və onun əvəzini axirətdə Allahdan istəyərdilər.
Batil əhli deyər ki, ey kaş, iman gətirərdim və saleh əməl görərdim ki, cəhənnəmdən azad olardım.
O zaman ki, insanlar Qiyamət günü cəm olacaqlar, çarcı car çəkəcəkdir ki, iman əhlindən o kəslər ayağa qalxsınlar ki, gecə ibadəti ilə məşğul olublar. Çox az insan ayağa qalxacaqdır və behiştə tərəf gedəcəkdir.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü İlahi övliyalardan başqa hər bir kəs həsrət çəkməkdən amanda olmayacaqdır. Hətta müsəlmanlar belə. Çünki onlar əməllərinin qəbul olub-olmamasından qorxarlar.
Allah Təala bizləri həmin gün xilas olunanlardan qərar versin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir





