Maraqlı

Qatlanan smartfonların sayı artacaq – PROQNOZ

13 Fevral 2020 22:50
0 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2025-ci ildə bu kimi smartfonların istehsalı 100 milyona çatacaq.

"2025-ci ildə hətta Apple şirkəti də qatlanan smartfonlar istehsal edəcək".

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Strategy Analytics" şirkətinin mütəxəssisləri məlumat yayıb.

Məlumata görə, ötən il təxminən 1 milyona yaxın qatlanan smartfon satışa çıxarılıb: "Yaxın illərdə bu kimi smartfonların sayı artacaq. 5 ildən sonra isə onların sayı 100 milyonu keçəcək".

Mütəxəssislər bildiriblər ki, qatlanan smartfon bazarında Samsung və Huawei şirkətləri liderlik edəcək: "2025-ci ildə bütün nəhəng istehsalçılar, o cümlədən Apple şirkəti də qatlanan smartfon modelini təqdim edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.