Maraqlı

“Nokia” şirkəti “N9” smartfonunun yeni versiyasını təqdim edə bilər

13 Fevral 2020 08:05
0 Şərh     Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nokia" şirkəti "N9" smartfonunun yenilənmiş versiyasını təqdim edə bilər. Bu haqda Çinin "MyDrivers" nəşrinin mənbələri məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Nokia"nın sözügedən smartfonunun yeni versiyasının təqdim edilməsi barədə şayiələr ilin əvvəlində yayılmağa başlanıb. Mənbənin məlumatına görə, yenilənmiş aparat "AMOLED" displeyə, ikiqat kameraya malik olacaq və "Android"in aktual versiyasının idarəetməsi altında işləyə biləcək. Cihazın "Nokia N9 Remastered Edition" və ya "Nokia N9 2020" adlandırılacağı güman edilir.
 
"N9" 2011-ci ildə "Nokia" şirkətinin "Symbian" əməliyyat sistemindən imtinasından sonra çıxarılmış ilk smartfondur. "MeeGo" əməliyyat sistemi ilə işləyən "Nokia N9" aparatı "Meego" firması ilə əməkdaşlıq çərçivəsində istehsal edilmiş yeganə cihaz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.