Maraqlı

İnternet fırıldaqçıları tərəfindən istifadə edilən ən "təhlükəli" brendlər məlum olub

13 Fevral 2020 07:31
0 Şərh     Baxış: 765
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Check Point" təhlükəsizlik şirkətinin mütəxəssisləri istifadəçilərin məlumatlarını oğurlamaq məqsədilə cinayətkarlar tərəfindən adından istifadə edilən brendlərin reytinqini tərtib ediblər. Fişinq cəhdlərinin ümumi sayına görə "Facebook" lider (18%) olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, internet fırıldaqçılarının 10%-i istifadəçilərin məlumatlarını ələ keçirmək üçün "Yahoo" xidmətlərini, 5%-i "Netflix" onlayn kinoteatrı və "PayPal" ödəmə sisteminin saytlarından istifadə edirlər. Fişinq cəhdlərinin 3%-i "Microsoft" və "Spotify", 2%-i isə "Apple", "Google", "Chase" və "Ray-Ban" şirkətlərinin payına düşür.

Əksər hallarda (48%) istifadəçiləri saxta veb saytlar vasitəsilə aldatmağa çalışırlar. Hücumların 27%-i elektron poçt, 25%-i isə mobil qurğular vasitəsilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.