Maraqlı

Koronavirusla bağlı video paylaşdı, qəzəbə tuş gəldi

10 Fevral 2020 08:07
0 Şərh     Baxış: 2 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə yığması və Londonun "Tottenhem Hotspur" klubunun 23 yaşlı yarımmüdafiəçisi Dele Alli irqçilikdə günahlandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb idmançının Tvitter hesabında koronavirusla bağlı paylaşdığı video olub.

Belə ki, Londonun "Hitrou" aeroportunda lentə alınan videoda Alli əvvəlcə asiyalı bir kişini göstərir, daha sonra isə kameranı antiseptik vasitəyə tərəf çevirir. Görüntüyə o, "Virus mənə təsir etməsi üçün cəld tərpənməlidir" şərhini yazıb.

Çarx yazısı ilə bərabər sosial şəbəkə izləyicilərini qəzəbləndirib. Nəticədə ictimaiyyətin təzyiqi ilə Alli videonu silib və üzr istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.