Maraqlı

Azyaşlı qız xəstəliyi üzündən daşa çevrilir - Uzana, otura bilmir

8 Fevral 2020 23:22
1 Şərh     Baxış: 2 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

7 yaşlı qızcığaz nadir xəstəliyi səbəbindən getdikcə daşa dönür. O, artıq gəzəndə, uzananda ağrıyır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Hindistanın Çxattisqarx ştatında yaşayan Radjeşvarinin dərisi daşlaşıb bərkiyir.

Onun xəstəliyi nadir sindromlardan biri epidermolitik ixtioz adlanır.
Qızın ayaqları, qolları, kürəyi balıq pulcuğu kimi bərk qabıqla örtülür.

Qızın hələ ki, dünyanın ən yaxşı professorlarının müalicəsini almağa maddi imkanı yoxdur, o 2-3 aydan bir mərkəzdəki yerli xəstəxanaya gedib müayinə olunur.

Xəstəlik öldürücü deyil, amma xəstələr ömür boyu dəhşətli simptomlara dözməli olur və normal həyat keçirə bilmir.

Qız yaxşı tərləyə bilmədiyindən tez-tez xəstələnir, dərisindəki çatlar isə infeksiya və göbələklər üçün münbit şərait yaradır.
Artıq qızın gözü və eşitməsi zəifləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.