Maraqlı

“Aşk Tesadüfleri Sever-2” ümidləri doğrultmadı

7 Fevral 2020 17:22
1 Şərh     Baxış: 2 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə istehsalı olan "Aşk Tesadüfleri Sever- 2" filmi uğursuzluqla nəticələnib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Yiğit Kirazcı, Nəsrin Cavadzadə, Elif Doğan, Aytaç Şaşmaz və Zühal Olcayın rol aldığı ekran işi ötən cümə 620 kinozalda təqdim edilib. Lakin film ilk üç gündə 79 min 631 nəfər tərəfindən izlənilib və bundan 1 milyon 556 min lira gəlir əldə olunub.

Halbuki, filmin birinci versiyası hələ 9 il bundan əvvəl 2 milyon 418 min tamaşaçı tərəfindən baxılıb.

Qeyd edək ki, "Aşk Tesadüfleri Sever- 1"in baş qəhrəmanları Mehmet Günsür və Belçim Bilgin olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.