Maraqlı

“Twitter”də saxta şəkil və videolar xüsusi işarə ilə qeyd olunacaq

8 Fevral 2020 19:45
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin martından "Twitter" sosial şəbəkəsi istifadəçi hesablarındakı yanlış məlumat yayan və insanlara zərər vuran saxta media materialları xüsusi işarə ilə qeyd edəcək. Bu haqda şirkətin nümayəndələri məlumat veriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin saytındakı məlumata əsasən, şəkil və videolar xüsusi indikatorla işarələnəcək və bu, həmin media faylların saxta olduğunu göstərəcək.

Məlumata görə, sözügedən funksiya martın 5-dən istifadəyə veriləcək.

ABŞ-ın "Twitter Inc." şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas həlli qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.