Maraqlı

"Koronavirusa yoluxmuşam" deyib, oğrudan canını qurtardı

6 Fevral 2020 07:41
0 Şərh     Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Jinqşan şəhərində 25 yaşlı oğru evdə tək olan qadının mənzilinə girib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xiao adlı şəxs basqın zamanı ev sahibinə təcavüz etmək istəyib.

Bu zaman qadın cinayətkara "Uhandan yeni gəlmişəm. Koronavirusa yoluxduğum üçün evdə karantindəyəm" deyərək, onu aldadıb. Qadının dediklərindən sonra qorxuya düşən Xiao ev sahibindən uzaqlaşıb. Buna baxmayaraq o, Yi adlı ev sahibinin 440 dollarını oğurlayıb.

Polis həmin şəxsi axtarır. Şəhərdə hər kəsin virusdan qorunmaq məqsədilə maska taxması polisin işini çətinləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.