Maraqlı

99 fərqli telefondan istifadə edərək Google Xəritələri aldatmaq? - VİDEO

8 Fevral 2020 08:05
0 Şərh     Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google Xəritələr (Google Maps) demək olar ki, ən çox istifadə edilən xəritə və naviqasiya sistemidir. Ölkəmizdə hər nə qədər istifadə olunmasa da, xarici ölkələrdə nəqliyyat yollarındakı trafikləri göstərə bilmə funksiyasına malikdir. Almaniyada bir adam 2-ci əl aldığı 99 telefon ilə Google Xəritələri manipulyasiya edərək bu funksiyanı öz istədiyi kimi idarə etdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, Berlində yaşayan Simon Beckert, aldığı 99 telefon ilə Google Xəritələri manipulyasiya edərək süni nəqliyyat sıxlığı yaratdı.

Google Xəritələr nəqliyyat yolundakı sıxlığı təyin etmək üçün operatorların stansiyalarından gələn siqnalları və GPS məlumatları istifadə edir. Yəni əgər bir bölgədə çoxlu cihaz aktivdirsə,deməli o bölgədə nəqliyyat sıxlığı var. Əlbəttə bu biraz sadə səslənsə də, işləmə prinsipi biraz daha həssasdır. Bu günə qədər problemsiz işləyən bu funksiyanın necə də asanlıqla manipulyasiya ediləyəcini Simon Beckert göstərdi. Aşağıda isə videonu izləyə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.