Maraqlı

“Wi-Fi” siqnalını 10 dəfə artıran "ağıllı səth" təqdim edilib

8 Fevral 2020 08:21
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Massaçusets Texnologiya İnstitutunda simsiz internet siqnalını gücləndirmək üçün ucuz üsul hazırlayıblar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "RFocus" adlı "ağıllı səth" - bu, 3000 kiçikölçülü antenadan ibarət massivdir, onu divara və ya adi lövhəyə bərkitmək olar. Faktiki olaraq, bu səth siqnal gücləndiricisi kimi işləyir. O, marşrutlayıcıdan "Wi-Fi" siqnalını qəbul edir və onu başqa qurğulara ötürür.

Bu, "Wi-Fi" və ya "5G" siqnalının gücləndirilməsi üçün ucuz və sadə üsuldur. İlk sınaqda "ağıllı səth" siqnalı 10 dəfə gücləndirə və şəbəkənin buraxılış qabiliyyətini 2 dəfə artıra bilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.