Maraqlı

“Windows 10” sistemi üçün ən yaxşı antivirusların reytinqi tərtib edilib

8 Fevral 2020 08:11
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müstəqil "AV-Test" təşkilatının mütəxəssisləri 2019-cu ilin sonuna olan vəziyyətə görə "Windows 10" sistemi üçün ən yaxşı antivirus proqramlarının yeni reytinqini dərc ediblər. Araşdırma zamanı 30-dan çox antivirus sınaqdan keçirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qiymətləndirmə bir neçə meyar üzrə keçirilib: müdafiə, məhsuldarlıq və istifadə rahatlığı. 5-dən yuxarı bal toplayan antiviusların hər bir seçilmiş cədvəl üzrə yüksək göstəricilərə malik olması hesab edilir. Maksimal bal 6-ya bərabərdir.

Aşağıdakı antiviruslar ən çox bal toplayıb: "Bullguard Internet Security", "Kaspersky Internet Security" və "Norton Security". Növbəti yerləri "AhnLab V3", "Avast Free Antivirus", "Avira Pro 15", həmçinin standart "Windows Defender" antivirusları tutublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.