Maraqlı

"BlackBerry" smartfonlarının satışları dayandırılır

4 Fevral 2020 07:55
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Blackberry" brendinə sahib olan "TCL Communication" bu smartfonların istehsalını dayandırmaq qərarına gəlib.

Şirkət cari il avqustun 31-dən smartfonların satışının dayandırdığını açıqlayıb. Bu tarixdən əvvəl satılan qadjetlərə istehsalçı iki il - 31 avqust 2022-ci ilədək proqram dəstəyini verəcəyini vəd edir. Zəmanət xidmətidə eyni müddət davam etdiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, "TCL Communication" artıq yeni "BlackBerry" mobil cihazlarını hazırlamaq, istehsal etmək və ya satmaq hüququna malik deyil.

Şirkət nümayəndələri brendin istifadəçiləri və tərəfdaşlarına təşəkkürlərini bildiriblər.

Son illərdə "QWERTY" klaviaturası ilə təchiz olunmuş "BlackBerry" smartfonlarının satışları ucuz qiymətə satışa çıxarılan digər istehsalçıların sensor cihazların meydana gəlməsi ilə əlaqədar aşağı düşüb.

Xatırladaq ki, "BlackBerry" brendi 2016-cı ildən bu cihazların istehsalı və satılması hüququna malik olan "TCL Communications" şirkətinə məxsus idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.