Maraqlı

Telegramın qurucusu bloq yazısında “Whatsapp”ı topa tutub

4 Fevral 2020 21:45
0 Şərh     Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Jeff Bezosun başına gələnlərdən sonra təhlükəsizliyi yenidən gündəmə gələn whatsapp haqqında mənfi fikirlər bu dəfə Pavel Durovdan gəldi. Telegramın qurucusu whatsappın təhlükəli tətbiq olduğunu dilə gətirib.

Dünyanın ən varlı adamı olan Jeff Bezosun xakerlərin qurbanı olması istifadəçilər beynində yaranan sual işarələrinin sayını artırıb.

"Telegram" ın qurucusu Pavel Durov WhatsApp-ı olduqca kinayəli blog yazıları ilə hədəfə alıb.

Blog yazılarında Durov, WhatsAppın istifadə etdiyi şifrələmənin etibarlı olmadığını yazıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, Durov iddialarını davam etdirib. O, WhatsApp-ın zəif nöqtələrinin yerli təhlükəsizlik qüvvələrinin istifadəsi üçün qəsdən yerləşdirildiyini, buna görə İran və Rusiya kimi ölkələrlə iş aparıla biləcəyini bildirib.

"Telegram" dan fərqli olaraq WhatsApp-ın mənbə kodunun açıq olmadığını, şirkətin şifrələməsinin necə işlədiyini görmək mümkün olmadığını bildirən Durov, "Bezosun WhatsApp əvəzinə Telegrama etibar edərsə, şantaj edilməyəcəyini yazıb."

Əlbəttə Durovun iddialarının fərziyyələrə söykəndiyini söyləmək lazımdır və dediklərini təsdiqləyəcək qəti dəlil yoxdur. Telegram'ın da təhlükəsizlik mövzusunda zəif tərəfləri olduğu ortaya çıxıb. MIT tərəfindən edilən bir araşdırmada tətbiqin gizli söhbət kimi məxfilik yönümlü xüsusiyyətlərində boşluqlara sahib olduğunu ortaya qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.