Maraqlı

Android-də aşkar edilmiş yeni sistem boşluğu yüklənmiş faylları kökündən silir

4 Fevral 2020 08:15
0 Şərh     Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google şirkətinin öz əməliyyat sistemi olan Android-i stabil olması üçün nə qədər çox çalışsa da bəzən onda istifadəçiləri narahat edən buglar ortaya çıxır. Növbəti belə bir bug Android 9 əməliyyat sistemini əhatə edib. Belə ki, aşkar edilmiş yeni sistem boşluğu istifadəçi faylların kökündən silinməsi ilə bağlıdır. Bu barədə Slashgear saytı xəbər verib. Android vasitəsilə çalışan smartfonlarda yüklənmiş bütün fayllar avtomatik olaraq Downloads qovluğuna əlavə olunur.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin Android 9 istifadəçilərindən birinin yanvar ayının sonunda təqdim etmiş olduğu hesabatda qeyd edilib ki, yüklənmiş faylların və fotoların Downloads qovluğundan başqa qovluğa keçirtmək cəhdi nəticəsində sistem onları kökündən silə bilər. Bu proses smartfonun gözləmə rejiminə keçirilməsi zamanı baş verir. Sözügedən sistem boşluğu həmçinin Downloads qovluğunun adının dəyişdirilməsi cəhdi zamanı da özünü göstərir.

Məlumatda qeyd edilib ki, hal hazırda Android 9-da yüklənmiş faylların təşkili qeyri stabildir. Buna görə də kənar tətbiq tərtibatçıları fayllar ilə fotoların digər qovluqlara kopyalanmasını məsləhət görmürlər. Yüklənmiş fayllar çox vacib fayllardırsa onları bulud servislərə və ya kompüterlərə yükləmək məsləhət görülür. Google şirkəti öz növbəsində sözügedən sistem boşluğu barəsində heç bir fikir bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.