Maraqlı

Həkimlər xəstəliklərin diaqnostikası və müalicəsi üçün “ağıllı” sarğı hazırlayıblar

4 Fevral 2020 07:31
0 Şərh     Baxış: 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çin alimləri daha səmərəli müalicəni təmin edən "ağıllı" sarğı hazırlayırlar. Belə sarğı orqanizmdə bakterial infeksiyanın mövcud olması haqqında məlumat verməklə yanaşı, həm də xəstəyə optimal dozada dərman daxil edə bilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, həkimlər çox vaxt xəstələrə tam sağalana kimi antibiotik təyin edirlər. Ancaq bəzən bu, infeksiyada müəyyən antibiotiklərə qarşı immunitet formalaşmasına səbəb olur və müalicə müddəti uzana bilər. Çin alimlərinin sözlərinə görə, onların yeni hazırlaması bu problemi aradan qaldırır.

Xəstədə bakterial infeksiya olduğu halda sarğı xəstəliyin daxil edilən dərmanlara qarşı davamlılığını göstərmək üçün öz rəngini dəyişdirir. Bundan başqa, sözügedən sarğı yalnız zərurət olduqda orqanizmə antibiotik daxil edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.