Maraqlı

Müdafiə naziri ilə yatan modelin sürdüyü maşın 25 min dollardan satışa çıxarıldı - FOTO

1 Fevral 2020 12:14
0 Şərh     Baxış: 12 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur model Kristina Kilerin Profumo qalmaqalı ərəfəsində sürdüyü avtomobil satışa çıxarılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, modelin idarə etdiyi "Mini" avtomobili 20 min funt sterlinqdən (təxminən 26 min dollar) satışa qoyulub.

O, avtomobili 1960-cı illərdə, Britaniyanın keçmiş müdafiə naziri ilə eşq münasibəti yaşayarkən alıb.

BBC kanalında onun həyatı haqqında çəkilən "The Trial of Christine Keeler" serialından sonra avtomobilə maraq atdığına görə "Mini" satışa çıxarılıb.

Modelin idarə etdiyi avtomobil 1964-cü ildə, o, həbsxanadan çıxdıqdan sonra satılıb.

Avtomobil həvəskarı olan James Morrison onun tarixini bildiyi üçün 25 il sonra həmin avtomobili alıb. O, avtomobili illərlə qarajda saxlayıb.

Qeyd edək ki, 1942-ci ilin fevral ayının 22-də dünyaya gələn Kristina Britaniya tarixində mənfi yöndə iz qoyan modellərdən biridir. Onun adı siyasət tarixinə "Profume olayı" kimi düşüb. Model İngiltərəni sarsıdan ən böyük seks skandalının əsas səbəbkarıdır.

Belə ki, o, İngiltərənin müdafiə naziri Con Profume ilə münasibətdəykən Londondakı Sovet ataşşesinin polkovniki Eugene İvanov ilə də yatıb. Olayın üstü açıldıqdan sonra casusluqda ittiham olunan Kristina "Və nəhayət reallıq...mənim hekayəm" kitabını yazıb. O, kitabında qeyd edib ki, casusluq etməyib, amma onu rus polkovniklə görüşdürən şəxs casus olub.

1963-cü ildə "icarəyə götürülmüş qız" olaraq adı tarixə düşən Kristina Kiler yalan ifadə verdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Müdafiə naziri isə 19 yaşlı modelin rus polkovniklə yatdığını öyrəndikdən sonra nüfuzunu itirdiyi üçün istefa verib.

Kristina 2017-ci ilin dekabr ayında dünyasını dəyişib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.