Maraqlı

Google I|O 2020 tədbirinin keçirilmə tarixi məlum oldu

28 Yanvar 2020 21:15
0 Şərh     Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkətinin CEO-su Sundar Pichai öz Twitter hesabında şirkətin növbəti Google I/O tədbirinin keçirilmə tarixini açıqlayıb. Beləliklə Sundar Pichai-nin verdiyi məlumata əsasən Google I/O 2020 tədbiri 12-14 may tarixlərində baş tutacaq. Tədbir ənənəyə sadiq qalaraq Kaliforniyada keçiriləcək. Təbii ki, tədbirin əsas gözlənilən hadisəsi yeni Android versiyasının təqdimatı olacaq.

Söhbət, Android 11-dən gedir. Yeni Android versiyası barəsində hələ heç bir məlumat yoxdur. Lakin məlumdur ki,şirkət Android 11-i artıq Google Pixel 4 smartfonunda test edir. Yeni Android versiyasından əlavə olaraq Google I/O 2020 tədbirində həmçinin büdcəli Pixel 4a və Pixel 4a XL smartfon modellərinin təqdim edilməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.