Maraqlı

“JDI” unikal biometrik skaner nümayiş etdirib

28 Yanvar 2020 08:05
0 Şərh     Baxış: 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha çox "JDI" kimi tanınan "Japan Display Inc." şirkəti dünyada yüksək dəqiqliklə və sürətlə barmaq izlərini oxuyan, vena damarlarının şəklini skan edən, hətta arteriyaların daxilindəki nəbz dalğalarını ölçən ən nazik datçik təqdim edib. İstehsalçı bu texnoloji hazırlamanın yeni nəsil olduqca təhlükəsiz qurğuların yaradılmasına kömək edəcəyinə əminliyini ifadə edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qalınlığı 15 mikrometr olan təqdim edilmiş datçik kağız vərəqi ilə müqayisə edilə bilər. Bundan başqa, o, olduqca yüngül və elastikdir. Yüksək təsvir ölçüsündə barmaq izləri, vena damarlarının şəkillərini və nəbz dalğalarını eyni anda oxumaq imkanına malik yeni sensor mövcud analoqları ilə müqayisədə təhlükəsizliyi daha yaxşı təmin edir.

Datçik, məsələn, daşınan qurğularda tətbiq edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.