Maraqlı

Universal yaddaş tipi hazırlanıb

28 Yanvar 2020 08:59
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni yaddaş tipi həm əməli yaddaş qurğusu, həm də məlumatların saxlanılması kimi işləyə bilər. "UltraRAM" adlı perspektiv texnologiya müasir kompüter, smartfon və başqa hesablama texnikalarının iş prinsipini tamamilə dəyişdirmək imkanına malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yaradıcıların sözlərinə görə, "UltraRAM" texnologiyası özündə əməli və fləş yaddaşın üstünlüklərini birləşdirir. Məlumatların saxlanılması üçün ənənəvi olaraq sərt disklər və ya sərtgövdəli (SSD) daşıyıcılardan istifadə olunur, amma onların sürəti əməli yaddaşın işləmə sürətindən xeyli aşağıdır. Nəzəri cəhətdən əməli yaddaş qurğusu məlumatların saxlanılması kimi istifadə edilə bilər, amma bu, onun yüksək qiymətinə görə səmərəsizdir.

"UltraRAM" enerjidən asılı olmayan əməli yaddaş (Non-volatile RAM və ya NVRAM) növüdür, DRAM kimi eyni sürətlə işləyir, amma 100 dəfə daha az enerji sərf edir.

Lankaster Universitetinin alimləri əmin edirlər ki, yeni universal yaddaş çatışmazlığa malik deyil və bu, onu əməli və fləş yaddaş əvəzinə istifadə etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.