Maraqlı

“Apple” brauzerində boşluq aşkarlanıb

28 Yanvar 2020 08:21
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkətinin kibertəhlükəsizlik xidməti "Apple" şirkətinin "Safari" brauzerində çoxsaylı boşluqlar aşkarlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, səhvlər "Apple" brauzerinə quraşdırılan "Intelligent Tracking Prevention" (ITP) izləmədən mühafizə sistemində aşkarlanıb.

Məlumata görə, 2017-ci ildə "Safari" brauzerində istifadəyə verilən "ITP" funksiyası istifadəçilərin saytlar arasında keçidini izləyən internet dinləmə qurğularının bloklanması üçün nəzərdə tutulub. Lakin məlum olub ki, "Apple" sistemi özü izləmə aləti qismində çıxış edə bilər.

"Google" mütəxəssisləri cinayətkarlar tərəfindən brauzerdəki səhvlərdən mümkün istifadənin beş senarisini təsvir ediblər. Ekspertlərin sözlərinə görə, "ITP" daxil olunan saytlar barədə məlumatı aydın şəkildə saxlayır ki, bu da hakerlərə unikal rəqəmli barmaq izi yaratmağa və konkret istifadəçinin aktivliyini izləməyə imkan verir. Bundan başqa, "Apple" sistemində digər səhvlərə görə axtarış sorğuları barədə məlumatları əldə etmək mümkün olub.

"Google" mühəndisləri "Safari" tərtibatçılarını mövcud səhvlər haqqında ötən ilin avqustunda məlumatlandırıblar. "Apple" nümayəndələrinin sözlərinə görə, boşluqlar dekabrda aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.