Maraqlı

Yaponiyada 3,6 düym ekrana malik çox yığcam smartfon təqdim edilib

28 Yanvar 2020 07:21
0 Şərh     Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir smartfonların özəlliyi böyük ekrana malik olmalarıdır, amma bəzi istehsalçılar trendlərə uyğun gəlməyən yeni modellər çıxarmağa davam edirlər. Yaponiyanın "Rakuten Mobile" şirkəti "Rakuten Mini" adlı yığcam model təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, kiçikölçülü cihaz 1280x720 piksel təsvir ölçülü 3,6 düym diaqonallı ekranla təchiz edilib. Modelin korpusunun ölçüləri 106,2x53,4x8,6 mm, smartfonun çəkisi 79 qr-dır. Yeni model "Qualcomm Snapdragon 439" prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malikdir.

Aparat 1250 milliamper/saat tutumlu akkumulyator, 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Model SİM kart üçün ənənəvi slotla təchiz edilməyib, istehsalçı "eSIM" çipindən istifadə edib.

Qara, ağ və qırmızı rəngli korpuslarda əlçatan olan "Rakuten Mini" smartfonu artıq Yaponiya ərazisində 199 dollara satışa çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.