Maraqlı

Google, Android R (11)-i Pixel 4 telefonunda test edir

23 Yanvar 2020 08:59
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google, Android 11 (R) sistemi üzərində bir müddətdir ki, işlərə başlayıb. Kiçik-kiçik yeniliklər barədə sizlərə mümkün olduğu qədər xəbərlər çatdırmağa çalışırıq. Bu səfər isə Geekbench platformasının data serverlərində Android R (11) ilə işləyən Pixel 4 smartfonunun nəticələri aşkarlandı.

Milli.Az technote.az-a istinadən bildirir ki, Android R istifadə edən Pixel 4-un Geekbench nəticələri Android 10-dan fərqlənmir.

 

Nəticələrdən göründüyü kimi Google, yeni əməliyyat sistemini Android R olaraq adlandırıb. Lakin bilinən məlumatlar üzrə Google artıq sadəcə rəqəmlər istifadə edərək android versiyalarını göstərəcəkdi. Android 11 ilə bağlı çox az məlumatımız var. Belə ki, bu sistem ilə telefon kameraları 4 Gb həcmindən daha çox həcmə malik videolar çəkə biləcəklər. Həmçinin compose/mux adındakı fayl həcminin limitlənməsi də aradan qalxacaq. Nəzərə alsaq ki, Google yaxın zamanlarda Android 11-in tərtibatçı betalarını yayımlayacaq, onda artıq yeni əməliyyat sistemi haqqında məlumatlar əldə edəcəyik. Final stabil versiya adətən Avqust ayında yayımlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.