Nikah müqaviləsi nə üçün lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə gənclər arasında boşanma halları ildən-ilə artmaqda davam edir. Boşanma zamanı tərəflər arasında qarşılıqlı razılığın olmaması mübahisələrə və uzunmüddətli çəkişmələrə gətirib çıxarır. Qanunvericiliyə əsasən, ərlə arvadın nikah dövründə əldə etdikləri əmlakın iki hüquqi rejimi müəyyən edilib.
1) Ər-arvadın əmlakının qanuni rejimi
2) Ər-arvadın əmlakının müqavilə rejimi
Əgər tərəflər arasında nikah müqaviləsi yoxdursa, və ya nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa boşanma zamanı əmlakın qanuni rejimi tətbiq olunur. Qanuni rejimə, əsasən tərəflərin nikah dövründə əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır və boşanma zamanı birgə mülkiyyətdə olan əmlak bərabər bölünür.
Lakin ər-arvadın əmlakının müqavilə rejimi onların istəyindən asılı olaraq müəyyənləşir və nikah müqaviləsi ilə tənzimlənir.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə yaxud nikah pozulduqda ərlə arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən qarşılıqlı yazılı razılıqdır. Nikah müqaviləsi nikah dövlət qeydiyyatına alınana qədər və ya nikah dövründə istənilən vaxt bağlanıla bilər. Bu müqavilə yazılı formada bağlanmalı və notariat qaydada təsdiq olunmalıdır.
Nikah müqaviləsində tərəflər bir-birinin qarşılıqlı saxlanılması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailənin ümumi xərclərində iştirakı ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakın siyahısı, ər və arvadın əmlak münasibətlərinə, həmçinin digər hüquq və vəzifələrinə dair müddəaları müəyyənləşdirmək hüququna malikdirlər. Həmçinin tərəflər bu müqavilədə nikah pozulduqdan sonrakı dövrə dair də özləri üçün hüquq və vəzifələr müəyyənləşdirə bilərlər.
Boşanma zamanı xüsusilə qadınların hüquqlarının pozulmasını nəzərə alsaq, demək olar ki, nikah müqaviləsinin bağlanması qadınlar üçün daha səmərəlidir. Çünki boşanmış qadın müxtəlif formada təzyiqlərə məruz qalır, məişət zorakılığının qurbanına çevrilir, yaşamaq üçün ata evinə qayıtmalı olur, əksər hallarda isə qanunsuz şəkildə əmlak hüquqlarından məhrum olur. Çünki əsasən ev, maşın və digər daşınmaz əmlak ərin adına rəsmiləşdirilir və bundan istifadə edən ər öz keçmiş həyat yoldaşına məxsus hissəni də verməkdən imtina edir. Lakin nikah müqaviləsi olarsa, müqavilədə tərəflərin hər birinin hüquq və vəzifələri, həmçinin hər bir tərəfə çatacaq əmlakın siyahısı göstərilərsə, bu zaman ər boşandıqdan sonra nikah müqaviləsində nəzərdə tutulmuş şərtlərin icrasından birtərəfli qaydada imtina edə bilməz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bu ərazisində bulvar salınır (Foto)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür





