Bomboş amerikan şossesinin qorxulu romantikası, köhnə soyuducunun buzlağının sirləri...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mon ami, məsləhət görürəm ki, baxasınız. Peşman olmazsınız".
62 yaşlı Bernarı 30 ildən artıqdır tanıyıram. İndi BFM-də çalışır, məşhur jurnalistdir. Eyni zamanda sinefildir, özü dediyi kimi. Təxəllüslə kinotənqidçilik də edir.
"Love, Death & Robots" serialını məsləhət gördü. 18 seriyası nümayiş olunub "Netflix"də.
Adətən, animasiya seriallarına baxmıram və onları da sevmirəm.
Düşündüm ki, heç nə olmaz, Bernarın qəlbini qırmayım, 10 dəqiqə sərf edim, yetər.
Olmadı, çünki 18 seriyanın hamısına baxdım.
Dalbadal, sanki birnəfəsə.
Antologiya stilində olan bu serial elmi fantastikanı, kiberpankı, fentezini, qorxu filmini, trilleri, qara yumoru özündə birləşdirib.
Serialın prodüserləri Devid Finçer, Tim Miller, Coşua Donen və Cennifer Millerdir.
Hər seriyanı müxtəlif ölkələrdəki komandalar və studiyalar çəkiblər. Sadəcə, "Buz dövrü" seriyasında aktyorlar Meri Elizabet Uinsted və Tofer Qreüys çəkiliblər. Yerdə qalan seriyalar animasiyadır.
Devid Finçerlə Tim Miller deyəsən, "Heavy Metal" jurnalından ruhlanaraq tam on il səbr edəndən sonra işə başlayıblar.
Dediyim kimi, 18 seriyanın hamısına dalbadal baxdım.
50 illik yaşamımda ilk dəfə idi.
Hər seriya, daha doğrusu, hər animasiyalı kinonovella keyfiyyətlidir, fərqli vizuallaşma və stilistik gerçəkləşmə metodikasına əsaslanır.
Serial cəlb edir adamı. Dünyanı ələ keçirən yoqurt barədə əhvalat sonsuz, ürək donduran kosmosla əvəzlənir.
Stimpank, kiberpank, bomboş amerikan şossesinin qorxulu romantikası, köhnə soyuducunun buzlağının sirləri, balalaykalı sovet əsgərlərinin vəhşətlə döyüşü.
Üstəlik, robotlar.
"Keyfiyyətli fantastikadır" yazardım, amma "Qara güzgü"dən sonra kimsənin qaldıra bilmədiyi metamodernizm yükü bu serialda yerə dəymir. Daha doğrusu, postmodernizmlə, yəni lağlağı, hər şey və hər kəsə ironiyalı yanaşma, qara yumor və qan gölü ilə tam əkslik - hissiyat, səmimiyyət və sadəlövhlük arasında ləngər vuran bir əsərə tamaşa etdim.
Bəzi personajlarda izafi brutallıq və pafos olsa da, 1970-ci illərdə Fransada dərc olunan "Metal Hurlant" komiks jurnalından qidalanan serial əslində, şoudur. Hər seriyanın sonunda da zəhlətökən kliffhingerlər yoxdur.
3,5 saatınızı sərf edərək bu fenomenal layihəyə baxmağa dəyər. Ən azı əla vizuallaşma var: qrafika, rəng, çalarlar, fizika, dinamika, neon, gerçəklik həddində barraj edən estetika...
Başqasının vücudunda olmaq, Saturnun həlqələrində oturmaq və ya Yerdən 150 min işıq ili aralıda olmaq istərdiniz? Anlamsız okeanda üzmək və ya tarixin gedişatını dəyişmək necə?
"Love, Death & Robots" bunu təklif edir. Yetər ki, 3,5 saatlıq dünyaya ilk addım atasınız.
Bu 18 seriyada hər kəs özü üçün nəsə tapacaq. Kimsə brutal əkşn-səhnələri, kimsə eşq dramını, kimsə fəlsəfə pritçaları, kimsə vətənpərvər qəhrəmanlığı bəyənəcək.
Bir-birinə əsla bənzəməyən maraqlı əhvalatlar, ecazkar animasiya, fərqli süjetlər.
Baxın və həzz alın. Təhlil edin. Hər əhvalatı hiss edin və yaşayın.
Sonucda uzun müddət unuda bilməyəcəyiniz nə isə olacaq.
Mütləq.
Eşq, ölüm və ya robotlar.
Seçim sizindir.
Bütün dünyalarda dünya axtarışına başlamaq istəməzdiniz?
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video





