Maraqlı

Brüqqe Aİ məkanında turistlərin elektrik kateri ilə daşındığı ilk şəhər olacaq

17 Yanvar 2020 08:33
0 Şərh     Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çərşənbə günü Belçikanın Brüqqe şəhərində Aİ məkanında ilk dəfə olaraq turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzunluğu 9 metr, eni 2 metrdən çox olan gəmi şəhər kanalına kran vasitəsilə buraxılıb.

Elektrik katerinin ətraf mühitə buraxdığı karbon qazı sıfır səviyyəsindədir. Bu halda dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə xoşagəlməz qoxu və səs-küy yox dərəcəsindədir. Katerin yaratdığı dalğalar daha zəif olduğuna görə onun sahilyanı divarlara ziyanı da minimum dərəcədədir.

Yeri gəlmişkən, bu katerin qiyməti də bahadır. O, dizel yanacağı ilə işləyən "həmkarı" ilə müqayisədə iki dəfə baha başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.