Maraqlı

Nazir uşağa qulluq üçün məzuniyyət götürəcək

15 Yanvar 2020 23:39
1 Şərh     Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Ətraf mühit naziri Şinciro Koizumi yeni doğulacaq körpəsi üçün iki həftəlik məzuniyyət götürməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ş.Koizumi məzuniyyət müddətində rəhbərlik etdiyi nazirliyin fəaliyyətinə zərər vurmamaq üçün qısa iş günü və məsafədən idarəetmə formalarından istifadə etməyi nəzərdə tutur. Məzuniyyət dövründə Ş.Koizuminin video müşavirələr keçirəcəyi və elektron poçt vasitəsilə əməkdaşlarla əlaqə saxlayacağı bildirilir.

Telekanalın məlumatına görə, nazir onun həyat yoldaşının hamilə qaldığı məlum olduqdan sonra bu məzuniyyət üzərində düşünməyə başlayıb. Ş.Koizumi bu addımı ilə həyat yoldaşı, tanınmış model və teleaparıcı Kristel Takiqavaya ilk övladlarına qulluqla bağlı yardım etməklə yanaşı, həm də yapon cəmiyyətində formalaşmış sindromu dağıtmağa çalışır. Bildirilir ki, nazirin bu addımı hakim Liberal Demokratik Partiyanın konservativ qanadı tərəfindən tənqidi qarşılansa da, bunun Baş Nazir Şinzo Abenin sosial-iqtisadi siyasətinin iki əsas istiqamətinə müsbət təsir göstərəcəyi də bildirilir. Belə ki, Ş.Koizuminin bu hərəkəti Baş Nazirin müəyyən etdiyi doğumun sayının artırılması və qadınların daha çox fəal əməyə cəlb edilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsinə dəstək verə bilər.

Qeyd edək ki, müasir Yaponiya siyasətinin ən gənc naziri olan Ş.Koizumi sabiq Baş Nazir Züniçiro Koizuminin oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.