Maraqlı

Çörəkdən imtina nəyə səbəb olur?

18 Yanvar 2020 19:15
0 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər çörəkdən tamamilə imtina edib, bu yolla artıq çəkidən azad olanlar çoxluq təşkil edir. Çörək yeməyərək arıqlayanlar bunu həmişəlik vərdişə çevirməyə çalışırlar.

Çörəkdən tam imtina tibbi baxımdan doğrudurmu? Bunun orqanizm üçün hər hansı fəsadı ola bilərmi?

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, aparılan araşdırmalar uzun illər karbohidratsız və ya az karhoditratlı qidalanmanın ürək xəstəlikləri riskini artırdığını ortaya çıxarıb.  

Avropa Kardiologiya Cəmiyyətinin Parisdə keçirilən iclasında bu yöndə aparılan son araşdırmaların nəticələri élan olunub. 25 min nəfəri 10 il boyunca izləyən alimlər belə qənaətə gəliblər ki, çörək yeməyib normal çəki əldə edəndən sonra karbohidrat, çörək yeməyəndə ürək xəstəliyinin yaranma rsiki 20 faiz artır.

Bildirilib ki, qısa müddətdə karbohidrattdan imtina faydalı olsa da, bunu uzun zaman, illərlə davam etdirmək sağlamlıq üçün təhlükə yaradır. Ona görə də arzulanan ideal çəki əldə edəndən sonra karbohidratsız qidalanma ürəyə ziyan vurur.

Bu səbəbdən mütəxəssislər çəkini idmanla, hərəkətlə normada saxlamağı, çox karbohidrat qəbul edəndən sonra idman etməyi tövsiyə edirlər.

Bildirilib ki, çörək, karbohidrat qəbulu günədlik 200 qaramdan az olmamalıdır.

200 qram karbohidrat nə deməkdir? Bu, təxmini olaraq 6 dilim çörək, 1 porsiya tərəvəz yeməyi, 1 porsiya qatıq, 2 desert qaşığı bal, 1 kasa şorba, 1 pors makaron, 2 ədəd peçenye və ya 2 kasa salat, 1 porsiya tərəvəz yeməyi, 1 kasa şorba, 5 dilim çörək, 2 porsiya süd və ya qatıq, 2 porsiya meyvə, 4 xörək qaşığı düyü, 1 peçenyeyə bərabər sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.