Maraqlı

Chrome bildirişlərini inkşaf etdirir

11 Yanvar 2020 19:15
0 Şərh     Baxış: 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkətinin açıqlamasına görə, Chrome 80 ilə brauzer bildirişləri daha sakit və daha az narahatedici olacaq. Buna görə də, bildirişlər artıq istifadəçinin ekranında ani olaraq pəncərə əvəzinə xəbərdarlıq işarəsi kimi görünəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni xəbərdarlıq sistemi hələlik əl ilə aktivləşdiriləcək. Yəni, istifadəçilər parametrlər menyusundan daha az narahat edən siqnal sistemini aktivləşdirməli olacaqlar. Ancaq yaxın gələcəkdə bu xəbərdarlıqlar avtomatik olaraq aktivləşəcək.

Google-un bu yeniləməsinin fevral ayında istifadəçilərə təqdim olunması gözlənilir. Şirkətdən eyni zamanda xəbərdarlıq sistemini reklam etmək üçün istifadə edənlərə ağır sanksiyalar tətbiq olunacağı açıqlanıb.

Chrome-un yeni tədbirləri həm kompüter, həm də mobil brauzerə şamil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.