Maraqlı

F-diamen elektron komponentlərin gücünü artıracaq

7 Yanvar 2020 23:20
0 Şərh     Baxış: 749
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qrafen atom qatından ibarət olan ən davamlı materiallardan biridir. Bu material ilk növbədə miniatür sensorlar da daxil olmaqla elektron komponentlərin yaradılması üçün istifadə olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar ikiqat qrafeni güclü almaz qatına çevirməyin yolunu tapıblar.

Qeyri-adi materialın inkişafı 2017-ci il dekabrın sonlarından başlayıb. Yeni metod mis və nikelin substratında hazırlanmış ikiqat qrafenin xüsusiyyətlərini qorumağa imkan verir. Bunun üçün alimlər atomlar arasında güclü bağlar yaradan maddədən istifadə ediblər.

Almaz qatını "F-diamen" adlandırıblar. Alimlər bunun çox davamlı elektron komponentlər yaratmaq üçün istifadə edilə biləcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.