Maraqlı

Alimlər kosmos şəraitində qan-damar xəstəliyini müalicə etdilər

7 Yanvar 2020 21:20
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər ilk dəfə kosmos şəraitində astronavtı tromb xəstəliyindən müalicə ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə NASA məlumat yayıb.

Xəstəliyin kosmik stansiyanın göyərtəsində yoxlama zamanı aşkarlandığı bildirilib.

Rəhbərlik təcili olaraq həmin astronavtı Şimali Karolina Universitetinin tromb mütəxəssisi, həkim Stefan Moll ilə əlaqələndirib. Həkim üç aylıq terapiya təklif edib. Astronavt müalicə kursu ərzində trombu tamamilə aradan qaldıran dərmanlar qəbul edib. Üç ay davam edən müalicədən sonra tromb xəstənin həyatı üçün təhlükə yaratmayan ölçüyə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.