Maraqlı

Bu ölkədə anadan olan əcnəbilərin övladlarına avtomatik vətəndaşlıq veriləcək

1 Yanvar 2020 19:51
1 Şərh     Baxış: 1 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Latviyada əcnəbi vətəndaşların dünyaya gələn övladlarına avtomatik ölkə vətəndaşlığının verilməsi barədə qanun yanvarın 1-dən qüvvəyə minib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Latviyanın hüquqi aktlar portalı məlumat yayıb.

Latviya Prezidenti Eqils Levits noyabrın 5-də Seymdə qəbul edilmiş qanunu imzalayıb.  1 yanvar 2020-ci ildən qüvvəyə minmiş qanuna əsasən, əgər valideynlər digər ölkəni seçməsələr, körpəyə avtomatik Latviya vətəndaşlığı veriləcək. Bundan əvvəl qüvvədə olmuş qanuna əsasən, əgər xarici ölkə vətəndaşı olan valideynlərdən biri istəyərdisə, körpəyə Latviya vətəndaşlığı verilə bilərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.