Maraqlı

Müasir Ukrayna dilinin lüğəti ilin sözünü seçdi – RƏQƏMSALLAŞMA

4 Yanvar 2020 20:10
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müasir Ukrayna dilinin lüğəti "İLİN SÖZÜ"nü seçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, müasir Ukrayna dilinin lüğətinə və "Mislovo" slenqinə görə 2019-cu ilin sözü "rəqəmsallaşma" olub.

"Rəqəmsallaşma sözü "rəqəmsal çevriliş" termininin sadələşdirilmiş forması və qlobal rəqəmsal inqilabın təzahürüdür. Bu termin lüğətdə ən çox baxılan sözlər siyahısında yer alıb, onun baxış sayı keçən ilə nisbətən 1,535% artıb", - deyə lüğətdə yazılıb.

Qeyd edək ki, 2012-ci ildə yaradılan "Mislovo" lüğəti müasir Ukrayna dilinin və slenqinin, istifadə olunan müasir sözlərin inkişafı üçün yaradılan interaktiv layihədir. "Mislovo" yeddinci dəfədir ki, "İlin sözü"nü seçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.