Maraqlı

LG-nin ucuz Neon Plus smartfonu istehsal olunacaq

4 Yanvar 2020 19:10
0 Şərh     Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış LG şirkəti tezliklə Neon xəttinə daxil olan yeni smartfonu nümayiş etdirə bilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu nəşr olunan renderlər sübut edir. Mütəxəssislər artıq 2020-ci ilin əvvəlində yeni ucuz smartfonun buraxılacağını və onun qarşıdan gələn CES 2020 sərgisi çərçivəsində təqdim olunacağını ehtimal edirlər. İnsayderlər anons ediblər ki, yeni texnika LG Neon Plus adını alıb və təzə Android OS əsasında fəaliyyət göstərəcək.

Əvvəlcə yuxarıda göstərilən xətt adi telefonları nəzərdə tuturdu, lakin gələcəkdə daha inkişaf etmiş variantlar ortaya çıxacaq. Qurğu, həmçinin Google Assistant - qabaqcıl köməkçisi ilə təchiz olunacaq, bunun üçün korpusun sol hissəsində xüsusi düymə nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.