Maraqlı

Google son 3 ildə 8 milyard avro cəza aldı

31 Dekabr 2019 21:40
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google dünya nəhəngi olaraq əlində tutduğu güc və hegemoniyadan istifadə edərək digər şirkətlərlə rəqabətdə önə çıxır. Bu səbəbdən son 3 ildə Avropa Birliyi tərəfindən müxtəlif cəzalara məruz qaldı və ümumi ödəməli olduğu məbləğ 8 milyard avroya çatdı. Daha dəqiq desək 8.21 milyard avro cəza aldı. 2016-cı ildə şirkət Android sistemi ilə ekosistemdə dominantlıq edərək rəqabətdə önə çıxması səbəbilə Avropa Birliyinin qadağaları ilə üz-üzə gəlmişdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, Avropa Birliyi həmçinin 2017-ci ildə Google şirkətinin internet alış-verişlərində rəqabət qaydalarını pozduğu üçün 2,42 milyard avro cəzalandırmışdı. 2018-də Android ekosistemindəki gücünü öz xeyrinə istifadə edən Google yenə 4.3 milyard avro dəyərində cəza alır. Bu il isə reklam servisi olan AdSense ilə qaydalara uyğun hərəkət etmədiyi üçün 1.49 milyard avro cəza alır. Əlbəttə nəhəng şirkətin illik gəlirini nəzərə alanda bu məbləğlər heç də ciddi görünmür. Lakin haqsız rəqabətin olması da doğru deyil. Ümid edirik Google öz siyasətində müəyyən dəyişikliklər edərək rəqabət qaydalarına əməl edər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.