Maraqlı

AMD prosessorlar Zen 3 arxitekturası ilə 17% daha güclü olacaq

31 Dekabr 2019 22:20
0 Şərh     Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMD şirkəti Zen arxitekturasına keçdikdən sonra prosessorlarında performans artımı ciddi dərəcələrdə oldu. Bunun nəticəsində həm İntel şirkətinə əsl rəqib oldu, həm də ekosistemdə tutduğu pay artdı. Son çıxan məlumatlara görə yeni Zen 3 arxitekturası ilə hal-hazırda istifadə edilən Zen 2 arasında ciddi fərqlər olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Zen 3 arxitekturasında hazırlanan prosessorlar Zen 2-ə nəzərən minimum 17% daha güclü olacaqlar.

Təxminlərə görə Zen 3 üzərində hazırlanan server prosessorlarında 100-200 Mhz aralığında tezlik artımı olacaq. İstifadəçilər üçün hazırlanan prosessorlarda isə tezlik artımı daha çox olacaq. Qeyd edək ki, bu arxitekturada olan prosessorlar 7 Nm-lik EUV üsulu ilə hazırlanacağı üçün daha az güc istifadə edərək daha çox performans verə biləcəklər. AMD-nin əzəli rəqibi İntel-ə baxanda isə şirkət hələ də 14 Nm prosessorlar ilə yola davam edəcəyi üçün Ryzen 4000 seriyası prosessorlar qarşısında çox çətin günlər yaşayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.