Maraqlı

“Exploration-1” raketi sınaqdan keçirilib

31 Dekabr 2019 23:45
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Space Trek Technology" şirkəti bu il 25 dekabrda Jiuquan kosmodromundan suborbital uçuş yolu ilə "Exploration-1" bərk yanacaq raketin ilk buraxılışını uğurla başa vurub.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Exploration-1" raketi, gələcək kosmik texnologiyaların sınanması üçün "Beijing Xingtu Discovery Technology Co., Ltd" şirkəti tərəfindən hazırlanmış müxtəlif yönlü uçuş test platformasıdır. "Exploration-1" raketin hündürlüyü 7.4 metr, diametri 1.0 m, başlama ağırlığı 5.8 ton, yükgötürmə qabiliyyəti 700 kq, uçuş hündürlüyü 30-350 km, uçuş sürəti 4-10 metrdir. Uçuş zamanı bərk yanacaqdan istifadə olunur. "Space Trek" rəhbərlərinin sözlərinə görə, sınaqlar mikrosatut peyk xidmətləri üçün "Starway-1" buraxılış vasitəsinin yaradılmasında mühüm addım olacaqdır. Şirkət gələn ilin sonuna qədər belə bir raket hazırlamağa ümid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.