Maraqlı

Realme Buds Air simsiz qulaqlıqları satış rekordunu təyin edib

28 Dekabr 2019 22:45
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir həftə əvvəl Realme zəngin funksionallıq təklif edən və əvvəlcədən gözlənildiyindən daha əlverişli qiymətə olan ilk Realme Buds Air simsiz qulaqlıqlarını təqdim etdi.

Milli.Az ted.az-a istinadən bildirir ki, premyeradan dərhal sonra yenilik Hindistanda satış rekordunu qıraraq, 1 saat ərzində satışı 11 000 ədəd cihaza çatdıra bilib. Xatırladaq ki, Realme Buds Air 55 dollar dəyərində təklif olunur.

Qulaqlıqlar Bluetooth 5.0 modulu və səs-küy azaldılması sisteminin işi və danışıq üçün istifadə olunan ikiqat mikrofonlarla təchiz olunub. Tam enerji təchizatı qulaqlığa 3 saat işləməyə imkan yaradır, futlyar isə 17 saat iş rejimini təmin edir. Bundan əlavə, qulaqlıqlar simsiz enerji toplamanı dəstəkləyir. Əvvəldən cütlənmiş qulaqlıqlara qoşulma avtomatik olaraq baş verir və Google Fast Pair tərəfindən dəstəklənir.

Buds Air ağıllı sensor nəzarətini dəstəkləyir və zəngləri rahat şəkildə qəbul etməyə və tamamlamağa, musiqi parçalarını bir-biri ilə əvəz etməyə, səs köməkçisini işə salmağa və bir toxunuşda yüksək məhsuldarlıq rejimini aktivləşdirməyə imkan verir.

18 ay ərzində Realme 23 milyon istifadəçisi ilə dünyanın ən sürətlə inkişaf edən smartfon markasına çevrilib və satılan telefonların sayına görə bazarda yeddinci yeri tutub.

Gələn ilin əvvəlində şirkətin Xiaomi Mi Band 4 ilə rəqabət aparacaq ilk fitness qolbağının buraxılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.