Türkiyəli müğənni İşın Karaca özündən 19 yaş kiçik sevgilisi Can Yapıcıoğlu ilə birlikdə ilk fotosunu paylaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Can da daha sonra eyni fotonu səhifəsində yerləşdirib.
İşın dünən "2-ci sayfa" verilişinə telefonla zəng edərək "çox gözəl hiss yaşayırıq" deyə sevgisini etiraf etmişdi.
Karaca 3 illik həyat yoldaşı Tuğrul Odabaşından ötən ay boşanıb.
Milli.Az