Maraqlı

Avtomobil şüşəsinin buz bağlanmasının həlli tapılır

26 Dekabr 2019 21:55
0 Şərh     Baxış: 1 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq qış aylarında sürücülərin baş ağrısı olan şüşələrdə buz bağlanması probleminə Lincoln, istilətməli ön şüşə ilə həll tapmağı məqsəd qoyur.

Xüsusilə qar sıx görüldüyü ya da istiliyin sıfırın altına düşdüyü bölgələrdə tez-tez şüşələrdə buzlanma görülür.

Qış aylarında avtomobillərdə edilməsi lazım olan bəzi dəyişikliklər var. Bunların ən başında qış təkərlərinin taxılması durur. Soyuq havada daha yumşaq qalan və yolu daha yaxşı tutan bu təkərlər olduqca əhəmiyyətlidir. Bir başqa əhəmiyyətli nöqtə də silgəçlərdir. Silgəçlərin uyğun yumşaqlıqda və ön şüşənin əyilməsinə uyğun olması lazımdır. Bu məsələdə Lincoln, olduqca diqqətçəkici bir həll tapıb.

Yeni Lincoln Aviator modellərinin ön şüşə silgəçləri iki yeni texnologiyaya sahibdir. Bunlardan biri, elektrik incə metal qatından ibarət olan istilətmə sistemidir. Beləcə silgəçlər ön şüşəni istilədir və buzlanmaya maneə törədir. Sistem eyni zamanda buzları parçalayır.

Sistem tamamilə avtomatik olaraq işləyir. Beləcə siz vasitəni işlətdikdən sonrakı dörd dəqiqə ərzində silgəçlərdəki və şüşədəki buz tamamilə həll olmuş olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.